“Fitch”: “Azərbaycanın xarici kreditor kimi mövqeyi güclənir”

“Fitch”: “Azərbaycanın xarici kreditor kimi mövqeyi güclənir”






presstv

"Presstv"az #Azərbaycan, #Fitch Ratings, #pandemiya, #Ümumdaxili Məhsul (ÜDM)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın xarici kreditor kimi xalis mövqeyi 2024-cü ildə ÜDM-in 153%-nə çataraq “BBB” kateqoriyasında suveren emitentlər arasında ən yaxşı göstərici olub.

presstvaz   “Report”a istinadən xəbər verir ki, bu, “Fitch Ratings”in Azərbaycanın kredit reytinqinin təsdiqlənməsi barədə hesabatında əksini tapıb.

Hesabata əsasən, 2024-cü ildə Azərbaycanın cari hesab profisiti iki dəfə azalaraq ÜDM-in 6,5%-nə düşsə də, bu, yenə də “BB” kateqoriyalı ölkələr arasında ən yüksək göstəricidir. “Fitch” qeyd edir ki, neft qiymətlərinin azalmasına baxmayaraq, ölkə 2025-26-cı illərdə ÜDM-in 6,2%-i səviyyəsində nisbətən yüksək cari hesab profisitini qoruyacaq. Bu, neft və qaz gəlirlərinin ümumi ixracın 89%-ni təşkil etməsinə baxmayaraq, valyuta aktivlərinin mülayim səviyyədə yığılmasını dəstəkləyəcək.

“Fitch”in qiymətləndirməsinə görə, Azərbaycanın konsolidə edilmiş büdcə profisiti 2024-cü ildə əhəmiyyətli dərəcədə azalaraq ÜDM-in 1%-nə düşəcək (2023-cü ildə bu rəqəm ÜDM-in 7,8%-i idi). Bu azalma, əsasən, xərclərin kəskin artması ilə bağlıdır və qismən qeyri-neft gəlirlərinin artması, eləcə də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərindən gələn gəlirlər hesabına kompensasiya olunur.

Agentlik qeyd edir ki, 2025-26-cı illərdə konsolidə edilmiş büdcə profisitinin sabit qalacağı gözlənilir.

“Neftin qiymətlərinin düşməsinə baxmayaraq, qeyri-neft gəlirlərinin artması, o cümlədən pandemiya dövründə tətbiq edilən vergi güzəştlərinin ləğvi büdcənin dayanıqlığını təmin edəcək. Qarabağla bağlı xərclərin azalacağı ehtimal olunsa da, sosial ödənişlər və müdafiə xərcləri büdcəyə təzyiqi davam etdirəcək ki, bu da dövlət xərclərinin əhəmiyyətli azalmasına mane olacaq”, – hesabatda deyilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv