Bakıda məktəbin hasarı fərdi evin həyətindən keçir – Sakinlərdən ŞİKAYƏT

Bakıda məktəbin hasarı fərdi evin həyətindən keçir – Sakinlərdən ŞİKAYƏT






presstv

"Presstv"az #Badamdar qəsəbəsi, #Bakı, #Orta məktəb, #Səbail, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Laçın rayon Badamdar ümumi orta məktəbi ilə bağlı sakinlər narazılıqlarını bildiriblər.

Onların iddialarına görə, məktəbin hasarı onların fərdi evlərinin həyətindən keçir və bu, uzun illərdir ki, mübahisə predmetidir.

presstvaz-ın “Xəzər Xəbər”ə istinadla məlumatına görə, sakinlər bildirirlər ki, vaxtilə məcburi köçkün uşaqların təhsil alması üçün yalnız iki kiçik birmərtəbəli otaqdan ibarət olan məktəbin ərazisi sonradan genişləndirilib. Məktəbin bir tərəfi evlərinin həyətinə qədər uzanır. Bununla bağlı sakinlər məktəbin direktorunun və müəllimlərinin əvvəllər öz xahişləri ilə həyətlərindən keçən cığırdan istifadə etdiklərini, lakin sonradan məktəbin fəaliyyətinin dəyişdiyini və avtomobillə gəlib-getdiyini bildirirlər.

Bəzi sakinlər məktəbin hasarının düz evlərinin içərisində olduğunu və bu vəziyyətin onların gündəlik həyatlarını çətinləşdirdiyini vurğulayıb.

Məsələyə aydınlıq gətirmək üçün Laçın rayon Badamdar ümumi orta məktəbinə baş çəkdikdə, pedaqoji heyət hədə-qorxu ilə cavab verərək, məsələnin həllinə mane olmağa çalışıb.

Səbail Rayon İcra Hakimiyyətindən verilən cavaba görə, Badamdar qəsəbəsi ilə bağlı məsələ uzun illərdir mübahisə mövzusudur.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv