“Samsung” işlədənlər ehtiyatlı olun – Məlumatlarınız oğurlana bilər

“Samsung” işlədənlər ehtiyatlı olun – Məlumatlarınız oğurlana bilər






presstv

"Presstv"az #Cənubi Koreya, #Google, #Hakerlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreyanın məşhur “Samsung” markasının smartfonlarında yeni bir təhlükəsizlik açığı aşkar edilib.

presstvaz-ın məlumatına görə, bu boşluq hakerlərə səsli mesajlar vasitəsilə istifadəçilərə hücum etməyə imkan yaradır.

“The Hacker News” nəşrində yer alan məlumata görə, problemi “Google Project Zero” layihəsinin mütəxəssisi Natali Silvanoviç tapıb. Onun sözlərinə görə, zəiflik “Samsung” cihazlarında istifadə olunan “Monkey’s Audio” dekoderi ilə əlaqəlidir. Bu təhlükəsizlik boşluğu hakerlərə telefonun şifrəsini əldə etməyə və cihazı uzaqdan idarə etməyə şərait yaradır.

Silvanoviç, hücumun necə həyata keçirildiyini izah edərək bildirib ki, haker “Google Messages” mesajlaşma tətbiqi vasitəsilə xüsusi hazırlanmış bir səsli mesaj göndərərək istifadəçinin telefonunu heç bir əməliyyat tələb etmədən ələ keçirə bilər.

Mütəxəssis bu təhlükəsizlik boşluğunun “Android” əməliyyat sisteminin 12, 13 və 14 versiyalarını istifadə edən çoxsaylı “Samsung” telefonlarını təsir etdiyini vurğulayıb. Natali Silvanoviç bu məsələni “Samsung” şirkətinə bildirdikdən sonra mühəndislər tərəfindən təhlükəsizlik təkmilləşdirilməsi həyata keçirilib və yeni bir sistem yeniləməsi ilə problem həll edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv