Bakıda TDT gömrük xidməti rəhbərlərinin onuncu iclasında bir sıra sənədlər imzalanıb

Bakıda TDT gömrük xidməti rəhbərlərinin onuncu iclasında bir sıra sənədlər imzalanıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Gürcüstan, #Özbəkistan, #Qazaxıstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) gömrük xidməti rəhbərlərinin onuncu iclasında bir sıra sənədlər imzalanıb.

presstvaz  xəbər verir ki, TDT gömrük xidməti rəhbərlərinin onuncu iclasının protokolu, 2022-ci il noyabrın 11-də Səmərqənddə imzalanmış “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması” haqqında saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gömrük adminstrasiyaları arasında məlumat mübadiləsinin texniki şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə fəaliyyət planı sənədləri imzalanıb.

Qeyd edək ki, Bakıda keçirilən TDT-nin gömrük xidməti rəhbərlərinin onuncu iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın gömrük xidmətləri rəhbərləri ilə yanaşı BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, habelə Gürcüstan və Macartıstanın gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv