Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Bakı, #Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, #Gəncə Dövlət Universiteti, #Magistratura, #Orta məktəb, #Təhsil, #Vaşinqton, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub.

presstvaz-ın xəbərinə görə, bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xoşqədəm Vidadi qızı Xudiyeva tədris işləri üzrə, Aslan Ələddin oğlu Quliyev isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Eyni zamanda, X.Xudiyeva kollecin direktoru vəzifəsini də müvəqqəti icra edəcək.

Xoşqədəm Xudiyeva Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Gəncə Dövlət Universitetində ingilis dili ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. 2022-24-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi təhsilin təşkili və idarəolunması ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramını müvəffəqiyyətlə başa vurub. O, 2010-24-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub və Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəaliyyət göstərib.

Aslan Quliyev ümumi təhsilinə Gəncə şəhər 18 saylı tam orta məktəbdə başlayıb, daha sonra isə Gəncə Özəl Türk liseyini fərqlənmə attestatı ilə bitirib. O, 2011-ci ildə Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda ADPU-nun Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi təhsilin təşkili və idarəolunması ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. 2017-24-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində yerləşən məktəb və liseylərdə pedaqoji fəaliyyətlə məşğul olub. 2021-23-cü illərdə Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator, daha sonra icraçı direktor, 2023-cü ildə Avropa Azərbaycan Məktəbində tədris üzrə müdir müavini kimi çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv