Qərbi Azərbaycan İcması: “Ermənistan XİN-in əsassız bəyanatını qınayırıq”

Qərbi Azərbaycan İcması: “Ermənistan XİN-in əsassız bəyanatını qınayırıq”






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Qərbi Azərbaycan İcması (QAİ)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 2025-ci il yanvarın 15-də verdiyi, Azərbaycan SSR-də ermənilərə qarşı qanunsuzluq törədildiyini iddia edən əsassız və böhtan dolu bəyanatını qınayırıq. Bəyanatın tonu həm də Ermənistanın İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını xatırladır”.

presstvaz xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.

Bəyanatda vurğulanıb ki, etnik təmizləməni törədən dövlət Ermənistandır:

“Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir”.

Həmçinin xatırlatmaq yerinə düşür ki, L.Ter-Petrosyan həmin çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib. L.Ter-Petrosyanın çıxışından müvafiq çıxarışı aşağıda veririk:

“Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem”.

Bütün bunlar sübut edir ki, Ermənistan işğalını mümkün hesab etmədiyi Azərbaycan ərazilərindən ermənilərin köçünü təşkil edərək, iki xalqın nümayəndələrinin dinc yanaşı yaşamaq təcrübəsini aradan qaldırmağı və Ermənistanda mono-etnikdövlət yaratmağı hədəfləmişdir.

Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və mono-etnik siyasətinə son verməli, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multi-etnik mühiti bərpa etməlidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv