Kubada silah-sursat anbarında partlayış: Çox sayda hərbçinin öldüyü TƏSDİQLƏNDİ

Kubada silah-sursat anbarında partlayış: Çox sayda hərbçinin öldüyü TƏSDİQLƏNDİ






presstv

"Presstv"az #Araşdırma, #Kuba, #Partlayış hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kuba İnqilabçı Silahlı Qüvvələri Nazirliyi yanvarın 7-də adanın şərqindəki Olqin şəhərində silah-sursat anbarında baş vermiş partlayışlar nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.

presstvaz-ın xəbərinə görə, bu barədə nazirliyin “Granma” qəzetində dərc olunan məlumatında qeyd edilib.

Qeyd edək ki, hərbçilər daha əvvəl itkin düşmüş olaraq elan olunmuşdular.

Nazirliyin bildirdiyinə görə, hadisəni araşdırmaq üçün yaradılmış xüsusi komissiya digər ekspertlərlə birlikdə hadisə yerinə girişin qeyri-mümkün olduğu və nəticədə orada heç bir sağ qalanın olmadığı qənaətinə gəlib.

Həmçinin ölənlərin adlarının siyahısı da təqdim edilib.

Xatırladaq ki, yanvarın 7-də Olqində partlayışlar zamanı böyük yanğın baş vermiş və 200-dən çox insan təxliyə olunmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv