Xərçəngə qarşı ən güclü vasitə – elm adamlarını təəccübləndirdi

Xərçəngə qarşı ən güclü vasitə – elm adamlarını təəccübləndirdi






presstv

"Presstv"az #Araşdırma, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elm adamlarının araşdırmaları nəticəsində ildə dünyada 2 milyon insanın əziyyət çəkdiyi və hər il bu xəstəlikdən 1 milyondək insanın həyatını itridiyi kolorektal xərçəng (yoğun bağırsaq xərçəngi) riskini azaltmağın çox asan bir yolu bəlli olub.

presstvaz ölkə.az-a istinadən xəbər verir ki, bu barədə “Nature Communications” elm jurnalında araşdırma məqaləsi dərc edilib.

Bəlli olub ki, tərkibində kalsiumu bol olan süd, süd məhsulları, bitki və heyvan mənşəli qidalar kolorektal xərçəng riskini azaldır.

Oksford Universitetində aparılan araşdırmada orta yaşı 59 olan 542.000-dən çox qadının qidalanma və sağlamlıq məlumatları 16 il ərzində qiymətləndirilib və 97 fərqli qidanın kolorektal xərçəng riskinə təsiri ölçülüb.

Nəticədə gündəlik 300 milliqram kalsium qəbulunun kolorektal xərçəng riskini 17 faiz azaltdığı müəyyən edilib.

Kalsium bədəndə təkcə skelet sisteminin sağlam olması və sümüklərin möhkəmliyini təmin edən mineral kimi yox, həm də kolorektal xərçəngə qarşı da ciddi təsirə malik vasitə olduğu aşkarlanıb. Belə ki, kalsium yoğun bağırsaqda öd turşuları və sərbəst yağ turşularına bağlanır və onların xərçəngə səbəb olan təsirlərini azaltmağa kömək edir.

Bu səbəbdən də alimlər belə bir xəstəliyə düçar olmamaq üçün əsas 5 qidanı qəbul etməyi tövsiyə edib.

Bunlar aşağıdakılardır.

1. Toxumlar
Bəzi toxumlar kalsiumla çox zəngindir. Məsələn, 1 xörək qaşığı küncütdə 100 milliqram kalsium, 1 xörək qaşığı xaşxaş toxumunda isə 127 milliqram kalsium var. Gündəlik ehtiyacın təxminən yüzdə 10-unu qarşılayan bu qidalar lif və sağlam yağlar kimi çoxlu qida maddələrini də ehtiva edir.

2. Yaşıl yarpaqlı tərəvəzlər

Yaşıl yarpaqlı tərəvəzlər bir çox faydalı maddələrlə çox zəngindir. Bunlardan biri də kalsiumdur.

3. Tofu 

Soya paxlasından hazırlanmış yumşaq, nisbətən dadsız qida məhsuludur.

4. Konservləşdirilmiş balıq

Konservləşdirilmiş balıq təzə balıqdan daha yüksək kalsium ehtiva edir, çünki onun tərkibində bişirmə zamanı yumşalan və yeməli olan sümüklər var. Xüsusilə konservləşdirilmiş sardina və qızılbalıq kalsiumla zəngindir. 60 qram yağlı sardina 240 milliqram kalsium, 85 qram konservləşdirilmiş qızılbalıq isə gündəlik tövsiyə olunan miqdarın 19 faizini təmin edir.

5. Əncir qurusu

Qurudulmuş əncirdə digər quru meyvələrdən daha çox kalsium var. Cəmi iki quru əncir yemək 100 milliqram kalsium və ya gündəlik ehtiyacımızın 10 faizini almaq deməkdir. Bu ləzzətli meyvədə həmçinin bol lif, mis, kalium, manqan, maqnezium və K vitamini var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv