35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub

35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub






presstv

"Presstv"az #Bakı, #Qrip, #Qrip əleyhinə peyvənd, #Qrip xəstəliyi, #Səhiyyə Nazirliyi, #Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik və əks-epidemik tədbirlər davam etdirilir.

presstvaz   xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, vaksinasiya prosesinə “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla 2024-cü ilin sentyabr ayından başlanılıb:

“Bu il yanvarın 1-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 34 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 431 nəfər 0-17 yaş aralığı, 29 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir”.

Qeyd edilib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir:

“Vaksinasiya prosesində Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksəkkeyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv