Velosiped və skuter sürücüləri üçün çəkilən zolaqlar niyə yarımçıq kəsilir?

Velosiped və skuter sürücüləri üçün çəkilən zolaqlar niyə yarımçıq kəsilir?






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), #Bakı, #Velosiped zolağı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Velosiped və skuter sürücüləri üçün çəkilən zolaqlar bir çox ərazilərdə yarımçıq kəsilir.

presstvaz   Xəzər TV-yə istinadən məlumat verir ki, son vaxtlar paytaxt Bakıda velosiped zolaqlarının yaradılması istiqamətində addımlar atılsa da, bəzi yerlərdə bu layihələr tam şəkildə reallaşdırılmayıb. Hətta mərkəzi küçələrdə də bu problem yaşanır.

Zolaqdan istifadə edənlər də bu vəziyyətlə tez-tez qaqrşılaşdıqlarını deyirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakıda mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir.

Hazırda 35 kilometr uzunluğunda mikromobillik zolağı yaradılıb və belə yolların çəkilişi davam edir.

Həmçinin AYNA tərəfindən konseptual plan hazırlanıb və bu işlər həmin plan əsasında həyata keçirilir. Konseptual planın əsas məqsədlərindən biri velosiped yollarının davamlılığının təmin edilməsidir. Lakin mikromobillik zolağı bitirsə və yaxud istifadəçinin hərəkət etdiyi istiqamətdə velosiped yolu yoxdursa, bu zaman velosiped və ya skuter istifadəçisi həmin yoldakı yol nişanlarının və işıqforun tələblərinə riayət etməklə yolun sağ hissəsi ilə hərəkətini davam etdirə bilər. Yəni qanunvericilik buna imkan verir.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv