Rusiya, Azərbaycan və İran arasında üçtərəfli görüş keçiriləcək

Rusiya, Azərbaycan və İran arasında üçtərəfli görüş keçiriləcək






presstv

"Presstv"az #Azərbaycan, #İran, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya, Azərbaycan və İran arasında yanvarın 28-də nəqliyyat sahəsi üzrə üçtərəfli görüş keçiriləcək.

presstvaz APA-ya istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Rusiyanın nəqliyyat naziri Roman Starovoyt arasında baş tutan danışıqlarda məlumat verilib.

“Videobağlantı şəklində keçirilən görüşdə tərəflər birgə əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması və 2025-ci il üçün yol xəritəsinin hazırlanması, Rəşt-Astara dəmir yolunun tikintisi, yanvarın 28-də İran-Rusiya-Azərbaycan üçtərəfli görüşünün keçirilməsi, o cümlədən Xəzər dənizinin şərq hissəsinin buraxılış gücündən maksimum istifadə edilməsi kimi bir sıra məsələləri müzakirə ediblər”, – agentlik qeyd edib

İranlı nazir Əmirabad və Xəzər limanlarının dəmir yolu şəbəkəsinə qoşulmasını və Şimal-Cənub dəhlizinin kommersiyalaşdırılması üçün tədbirlərin görülməsini nəzərə alaraq Xəzər dənizindən maksimum istifadənin zəruriliyini vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv