Ermənistan və ABŞ yeni əməkdaşlığın bir addımlığında

Ermənistan və ABŞ yeni əməkdaşlığın bir addımlığında






presstv

"Presstv"az #Donald Tramp, #Ermənistan, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

presstvaz report-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenlə Vaşinqtonda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ərəfəsində deyib.

A.Mirzoyan imzalanan sənədin nüvə energetikasının ən müasir beynəlxalq təhlükəsizlik standartlarına uyğun inkişafı üçün baza yaradacağını bildirib.

Blinken öz növbəsində qeyd edib ki, strateji tərəfdaşlıq haqqında sənəd tərəflərə bir neçə əsas istiqamət üzrə ikitərəfli əməkdaşlığı genişləndirmək üçün əsas verəcək.

Dövlət katibi həmçinin vurğulayıb ki, yaxın həftələrdə ABŞ Ermənistana sərhəd təhlükəsizliyi üzrə mütəxəssislər göndərəcək.

“Yaxın həftələrdə ABŞ gömrük və sərhəd Mühafizəsi üzrə ekspertlər qrupu Ermənistana gedəcək”, – Blinken əlavə edib.

Erməni mediasının məlumatına görə, sənədi yanvarın 20-də istefaya gedəcək Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası imzalayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövründə sazişin həyata keçirilməsi perspektivləri məsələsi açıq qalır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv