Kremldən ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişinə münasibət

Kremldən ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişinə münasibət






presstv

"Presstv"az #Cənubi Qafqaz, #Ermənistan, #Rusiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistanla ABŞ arasında mümkün strateji tərəfdaşlıq sazişi Cənubi Qafqazda vəziyyəti yalnız qeyri-stabil edəcək”.

presstvaz-ın “İnterfaks”a istinadla xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, jurnalistlərin ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasının mümkün nəticələri barədə sualını şərh edib.

“Birləşmiş Ştatlar Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb, hətta əksini demək olar. Məhz bu hərəkətlər kontekstində ABŞ yeni-yeni ölkələri öz arxasınca çəkməyə çalışır”, – deyə Peskov vurğulayıb.

Bununla belə, o, Kremlin Ermənistanla bütün istiqamətlərdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, saziş bu gün axşam Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken tərəfindən imzalanacaq. Erməni politoloq Suren Sarkisyan özünün sosial şəbəkə profilində ABŞ və Ermənistan arasındakı yeni müqavilənin detallarını açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv