Ötən ilin saxtaları: Yeddi milyon siqaret, yüz min litr energetik içki

Ötən ilin saxtaları: Yeddi milyon siqaret, yüz min litr energetik içki






presstv

"Presstv"az #Azərbaycan, #Dövlət Gömrük Komitəsi (DGK), #İqtisadiyyat Nazirliyi, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü ildə qanunsuz yollarla Azərbaycana gətirilməsinə cəhd göstərilən yeddi milyondan artıq siqaret aşkar edilib.

presstvaz   xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata əsasən, gömrük orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü il ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 7 256 037 ədəd xaricdə istehsal olunan siqaret, 13 min 266 litr spirtli içki, 105 721,715 litr energetik içki, həmçinin aksiz markalarının tətbiqi qaydalarının pozulması halları ilə əlaqədar Azərbaycanın aksiz markası ilə markalanmış 292 litr spirtli içki saxlanılıb.

Eləcə də, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 milyon 760 min ədəd aksiz markası ilə markalanmamış və ya məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları və 300 min ədəd saxta aksiz markaları da qanunsuz dövriyyədən götürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv