Bundesliqa: “Leyptsiq” ev oyununda, “Ştutqart” səfərdə qələbə qazanıb

Bundesliqa: “Leyptsiq” ev oyununda, “Ştutqart” səfərdə qələbə qazanıb






presstv

"Presstv"az #Almaniya, #Bavariya, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Futbol üzrə Almaniya çempionatının 16-cı turuna “Leyptsiq” – “Verder Bremen” və “Auqsburq” – “Ştutqart” oyunları ilə yekun vurulub.

presstvaz   xəbər verir ki, ilk oyunda ev sahibləri bremenliləri 4:2 hesabı ilə məğlub ediblər. İkinci görüşdə isə “Ştutqart” 1:0 hesabı ilə qalib gəlib.

Bu turun əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınmışdı:

“Borussiya Dortmund” – “Bayer Leverkuzen” – 2:3;

“Hoffenhaym” – “Volfsburq” – 0:1;

“Haydenhaym” – “Union Berlin” – 2:0;

“Frayburq” – “Holştayn Kiel” – 3:2;

“Maynz 05” – “Boxum 1848” – 2:0;

“St Pauli” – “Ayntraxt Frankurt” – 0:1.

“Borussiya Münxenqladbax” – “Bavariya” – 0:1.

On altı turdan sonra Bundesliqaya 39 xalla “Bavariya” liderlik edir. Münxenliləri ardıcıl altı turda qələbə qazanan “Bayer Leverkuzen” (35 xal) izləyir. Eyni xala (30) sahib “Ayntraxt Frankurt” və “Leyptsiq” üçüncü və dördüncü pillələrdə qərarlaşıblar. “Maynz 05” 28 xalla beşinci, 27 xala malik “Frayburq” altıncı sıralarda yer alıb. Aktivlərində 25 xal olan “Borussiya Dortmund” və “Verder Bremen” yeddinci və səkkicizincidir. Sonrakı yerləri “Volfsburq” (24 xal), “Borussiya Münxenqladbax” (24), “Ştutqart” (23 xal), “Union Berlin” (17), “Auqsburq” (16), “St Pauli” (14), “Hoffenhaym” (14), “Haydenhaym” (13), “Holştayn Kiel” (8) və “Boxum 1848” (6) komandaları qərarlaşıblar.

Almaniya çempionatının 17-ci turunun oyunları yanvarın 14-15-də keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv