Bu dövlət xəritədən silinir – Sakinləri köçürülür

Bu dövlət xəritədən silinir – Sakinləri köçürülür






presstv

"Presstv"az #Avstraliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sakit okeanda 11 mindən çox əhalisi olan Tuvalu dövlət statusunu itirmək ərəfəsindədir.

presstvaz metbuat.az-a istinadən xəbər verir ki, 9 mərcan adasında yerləşən ölkə iqlim dəyişikliyi səbəbindən su altında qalacaq. Buna görə də, ölkədən kütləvi miqrasiya baş verəcək. Bildirilir ki, ölkədəki bütün mülklər miras kimi qorunmaq üçün qeydə alınır. Alimlər 2100-cü ilə qədər ölkə ərazisinin 95 faizinin su altında qalacağını proqnozlaşdırırlar. Tuvalu hökuməti ölkənin gözəlliyini, mədəniyyətini və vətəndaşlarının qanuni hüquqlarını gələcək nəsillərə qorumaq üçün “Rəqəmsal Millət” layihəsinə başlayıb. Bu çərçivədə ölkənin binalarından tutmuş təbii gözəlliklərinə qədər hər şey rəqəmsal mühitə köçürülür və “metaverse”də virtual dünya qurulur. Virtual aləmdə sərhədlərinin təhlükəsizliyini təmin etməklə yanaşı, Tuvalu hökuməti fəaliyyətini davam etdirə bilmək üçün rəqəmsal pasportlar paylayacaq. Bu pasportlar vətəndaşlara seçkilərdə və referendumlarda iştirak etmək və bir çox digər rəsmi əməliyyatları rəqəmsal şəkildə həyata keçirmək imkanı verir. Tuvaluda torpaqlarını itirdiyi təqdirdə vətəndaşların harada yaşayacağına dair də müqavilə var. Avstraliya-Tuvalu arasında imzalanan müqavilə tuvalulara mərhələli şəkildə Avstraliyaya köçmək imkanı verir. Avstraliya su altında qalacaq tuvaluluları təxliyyə etməyi və onlara vətəndaşlıq verməyi təklif edib.

Qeyd edək ki, Tuvalu öz ərazisini itirməklə beynəlxalq hüquqa görə dövlət statusunu da itirə bilər. Beynəlxalq hüquqa görə, dövlət olmağın şərtlərindən biri də müəyyən edilmiş ərazilərin olmasıdır. Hökumət ölkələri iqlim dəyişikliyinə görə ərazisini itirsə belə, Tuvalunu bir dövlət kimi tanımağa çağırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv