Avropalı liderdən etiraf: “Bizi Ərdoğan xilas etdi, o olmasaydı…”

Avropalı liderdən etiraf: “Bizi Ərdoğan xilas etdi, o olmasaydı…”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa qitəsini xilas etdi.

presstvaz   teleqraf.com-a istinadən bildirir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Baş nazir Türkiyə-Macarıstan əlaqələrinin uzun tarixə malik olduğunu, ölkəsinin Avropadan Türk Dövlətləri Təşkilatına (TDT) qatıldığını bildirib.

Orban Avropanın digər ölkələri ilə müqayisədə Macarıstanda güclü liderlərin həmişə diqqəti cəlb etdiyini qeyd edib:

“Cənab Ərdoğan Macarıstanda xüsusilə populyar, yüksək nüfuzu olan bir liderdir. Macarıstanda bu vacibdir. Prezident Ərdoğanı sevirik. Digər bir həqiqət isə Türkiyə ilə Macarıstan arasında sülh dilində danışılmasıdır”.

Macar lider Avropada müharibə dilində, kimisə əzmək və qalib gəlməkdən danışıldığını söyləyib:

“Biz belə deyilik, müharibə dilini sevmirik. Bu kontekstdə Avropa regionunda Türkiyə və Macarıstan istisnadır. Biz qarşılıqlı sülh dilində danışırıq”.

Orban Türkiyənin mühafizəkar quruluşunu qoruyub saxlamağı bacaran bir ölkə olduğunu, Avropada ailə, Tanrı, millət kimi anlayışların orta əsrlərin elementləri kimi görüldüyünü və bu dəyərləri ifadə edənlərin problemlərlə üzləşdiyini açıqlayıb.

Macarıstan başçısı miqrasiya məsələlərinin həllində Türkiyənin rolunun çox önəmli olduğunu vurğulayıb:

Türkiyə olmasaydı, Avropa və Avropa Birliyi (AB) ölkələri sabitliyini tamamilə itirəcəkdi. Ərdoğan bir anda Avropa qitəsini xilas etdi. Səkkiz ilə yaxındır bu işə məşğuldur. Ona görə də deyə bilərəm ki, Türkiyədə güclü liderlik olmasaydı, hamımız Avropada çətinlik çəkərdik. Bu səbəbdən də Avropada hər kəs Türkiyəyə minnətdardır və olmalıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv