Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #Azərbaycan, #Bakı, #Hava Yolları, #İlham Əliyev, #Qroznı, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

presstvaz President.az-a istinadən bildirir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və doğmalarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm”.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

presstvaz President.az-a istinadən bildirir ki, məktubda deyilir:

“Zati-aliləri.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə xəbər bizi olduqca kədərləndirdi.

İqtisadi Əməkdaşlıq Təşkilatı adından Zati-alinizə, həlak olanların ailələrinə və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

İqtisadi Əməkdaşlıq Təşkilatı bu kədərli vaxtda Azərbaycan Hökuməti və xalqı ilə həmrəyliyini ifadə edir.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

Seyşel Adaları Respublikasının Prezidenti Vavel Ramkalavan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

presstvaz President.az-a istinadən bildirir ki, məktubda deyilir:

“Zati-aliləri.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan zaman faciəvi şəkildə qəzaya uğraması və bu hadisə zamanı 38 nəfərin həlak olması, çoxlu sayda insanın yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.

Seyşel Adaları Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan xalqına, o cümlədən faciə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm, bu kədərli günlərdə həmrəyliyimi bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

presstvaz President.az-a istinadən bildirir ki, məktubda deyilir:

“Zati-aliləri. Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində faciəvi şəkildə həyatını itirənlərə görə dərin hüznlə başsağlığı veririk.

Bu ağır itki anlarında həlak olanların yaxınlarına güc və səbir arzulayır, onlarla birlikdə ən dərin hüznümüzü bölüşürük”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv