Ən faydalı meyvə və giləmeyvələr açıqlandı

Ən faydalı meyvə və giləmeyvələr açıqlandı






presstv

"Presstv"az #Araşdırma, #Böyürtkənin faydaları və zərərləri, #Çiyələyin faydaları və zərərləri, #Həkim məsləhəti, #Limonun faydaları və zərərləri, #Mövsümi meyvələr, #Portağalın faydaları və zərərləri, #Qocalma, #Sitrus meyvələri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Limon, çiyələk, portağal, qreypfrut və böyürtkən insan üçün ən faydalı maddələrin maksimum miqdarını özündə ehtiva edir.

presstvaz-ın verdiyi məlumata görə, “William Paterson” Universitetinin alimləri apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər.

Mütəxəssislər 41 bitki məhsulunun tərkibini təhlil edərək, onlarda “A” və “B12” vitaminləri də daxil olmaqla 17 əsas qida maddəsinin miqdarını müqayisə ediblər.

Limon meyvələr arasında faydalı komponentlərin tərkibinə görə mütləq lider olub. Bu sitrus meyvəsi “C” vitamini ilə zəngin mənbədir (100 qram məhsulda 53 mq). Bundan əlavə, limon qəbulu orqanizmi immunitet sistemini gücləndirən və dərinin vəziyyətini yaxşılaşdıran kalium, maqnezium və liflərlə təmin edir.

Çiyələk də ekspertləri “C” vitamininin yüksək tərkibi ilə (100 qramda 62 mq) təəccübləndirib. Onun tərkibində əlavə olaraq qan yaranması üçün faydalı olan fol turşusu, kalsium və dəmir aşkar edilib.

Alimlərin sözlərinə görə, portağal immun sistemini gücləndirən və ürək-damar sağlamlığını qoruyan məhsul kimi öz reputasiyasını təsdiqləyib. O, hüceyrələrin və metabolizmin normal işləməsinə kömək edən “C” vitamini, kalium və maqneziumla zəngindir.

Qreypfrut görmə qabiliyyətinin yaxşılaşmasına və immun sisteminin güclənməsinə kömək edən “A” vitamini və beta-karotinin yüksək tərkibi ilə fərqlənib.

Böyürtkənin isə öz növbəsində hüceyrələrin qocalmasını ləngidən və xroniki xəstəliklərin qarşısını almağa kömək edən antosianlarla zəngin olduğu vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv