Aİ Şurasının rəhbəri Prezident İlham Əliyevə zəng edib

Aİ Şurasının rəhbəri Prezident İlham Əliyevə zəng edib






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Qara dəniz, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

presstvaz   AZƏRTAC-a istinadən xəbər verir ki, Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb, Avropa İttifaqının bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı ölkəmizin mövqeyini dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü ifadə edib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin təmasların davam etdirilməsi razılaşdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv