Məktəbin istilik PROBLEMİ: Valideynlər övladlarını dərsə göndərmirlər

Məktəbin istilik PROBLEMİ: Valideynlər övladlarını dərsə göndərmirlər






presstv

"Presstv"az #Mingəçevir şəhəri, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tətildən qayıdan məktəblilər soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalıblar. Belə vəziyyət uşaqların xəstələnməsinə, təhsildən yayınmasına səbəb olub.

presstvaz   Xəzər TV-yə istinadən xəbər verir ki, Mingəçevir Energetiklər yaşayış massivində yerləşən 19 nömrəli məktəbdə istilik sistemi olmadığından sinif otaqlarında elektrikli qızıdırcılardan istifadə olunur.

Son günlər həmin qızdırıcılardan da istifadə edə bilməyiblər.

Valideynlər soyuq şəraitdə dərs keçən uşaqlarının xəstələnərək dərsdən qalmaq məcburiyyətində olduqlarını deyiblər.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbinin istiliklə təminatı elektrik qızdırıcıları vasitəsilə həyata keçirilir.

Elektrik sistemində qısa qapanmalar səbəbindən məktəbin istiliklə təchizatında fasilə yaranıb. İstilik təchizatının bərpa edilməsi üçün təxirəsalınmaz işlər aparılıb və problem aradan qaldırılıb. Təhsil müəssisəsinin istilik təminatı normal qaydada davam etdirilir.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv