Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir – VİDEO

Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir – VİDEO






presstv

"Presstv"az #Azərbaycan, #Çin, #Hindistan, #Metapnevmovirus, #Qazaxıstan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyada yeni metapnevmovirus adlı respirator virus yayılıb.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, Çində aşkarlanan yeni virusa Qazaxıstan, Qırğızıstan, Rusiya və Hindistanda da yoluxma qeydə alınıb.

İnfeksionist Vasif Əliyev açıqlamasında bildirib ki, virusun dünyanın bir çox, hətta Azərbaycana yaxın ölkələrdə də yayılması müşahidə olunsa da, ÜST bununla bağlı hələlik açıqlama verməyib. Xəstəliyin təfərrüatlı statisik məlumatları açıqlanmasa da, Azərbaycanda yayılma ehtimalı yüksəkdir. Onun sözlərinə görə, bəzi şəxslər üçün isə bu virusa yoluxma ölümlə nəticələnə bilər.

İnfeksionist qeyd edib ki, metapnevmovirus infeksiyasının müalicəsi zamanı bəzi dərmanlar effektiv olsa da, peyvəndi mövcud deyil. Yoluxmadan yayınmaq üçün koronavirus dönəmində olduğu kimi gigiyenik qaydalara riayət etmək vacibdir.

Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv