Azər Baxşəliyev VƏFAT ETDİ

Azər Baxşəliyev VƏFAT ETDİ






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Tibb Universiteti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aktyor Azər Baxşəliyev vəfat edib.

presstvaz   xəbər verir ki, bu barədə aktyor İlkin Həsəni sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, o, bu gün dünyasını dəyişib. Qeyd edək ki, aktyor daha əvvəl xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan “Bozbash Pictures” layihəsində canlandırdığı “Ağsaqqal” obrazı ilə sevilib.

Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.\oxu.az/

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.

Bildirilib ki, dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib:

“Poliorqan çatışmazlığı səbəbindən orqanizm yaşama qabiliyyətini itirib. Bununla bağlı olaraq, Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır”, – məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv