Türkiyədə rekord şaxtalar: çaylar və göllər buz bağlayıb

Türkiyədə rekord şaxtalar: çaylar və göllər buz bağlayıb






presstv

"Presstv"az #Anadolu, #Hava durumu, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni ilin başlaması ilə Şərqi Anadolu havaların kəskin soyuqlaşması dövrünə qədəm qoyub.

presstvaz   xəbər verir ki, yanvarın 4-nə keçən gecə Ərzurum vilayətinin Tekman rayonunda termometrlər rekord mənfi 33,1 dərəcəni göstərir.

Türkiyənin Meteorologiya Baş İdarəsi Ərzurumun Hacıomer kəndini “son 24 saatda ölkədəki ən soyuq nöqtə” elan edib.

Çaylar və göllər buz bağlayıb. Əhaliyə zərurət olmadıqca küçəyə çıxmamaq tövsiyə olunub.

Ardahan vilayətinin Gölə rayonunda 28,8 dərəcə şaxta, Ərzincanın Çayırlı rayonunda mənfi 27,8, Vanda Çaldıran rayonunda mənfi 26,6, Sarıqamışda (Qars) mənfi 22,1 dərəcə şaxta qeydə alınıb.

Türkiyənin şərqində şiddətli şaxtalar yanvarın 8-dək müşahidə ediləcək.\azərtac/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv