Almaniyada on illərdir yetim uşaqlar pedofillərə verilib – ŞOK ARAŞDIRMA

Almaniyada on illərdir yetim uşaqlar pedofillərə verilib – ŞOK ARAŞDIRMA






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyada gənclər idarələri on illərdir ki, uşaqları pedofillərə verir. Bu barədə “Bild” Hildesheim Universitetinin yeni araşdırmasına istinadən yazır.

presstvaz   lent.az-a istinadən bildirir ki, 1970-ci illərdə məşhur seksoloq Helmut Kentler evsiz yeniyetmələri küçədən götürüb, onları cinayət keçmişindən xəbərdar olmasına baxmayaraq, üç pedofilin əlinə verib. Daha sonra Kentler böyüklərlə uşaqlar arasında cinsi əlaqənin zərərli olmadığını və hətta sonuncunun inkişafı üçün faydalı olduğunu iddia etdiyi bir sıra kitablar nəşr edib. O, Berlin Gənclər Administrasiyasını da buna inandıra bilib.

Belə ki, seksoloq küçə uşaqlarını, yetkinlik yaşına çatmayan xuliqanları və yetimləri kişi pedofilləri ilə bir müəssisədə yerləşdirməyə başlayıb. Yetkinlik yaşına çatmayanlar illərdir himayədar ataları tərəfindən zorakılığa məruz qalıblar, lakin Kentler heç vaxt işə saldığı prosesdə problem görməyib. O, ətrafına tərəfdarlar toplayıb, müəllimlərdən, sosial işçilərdən, universitetlərin və protestant kilsəsinin nümayəndələrindən ibarət bütöv bir şəbəkə yaradıb.

2020-ci ildə Hildesheim Universiteti ilk dəfə olaraq Kentlerin cinayətləri haqqında hesabat dərc edib və bu yaxınlarda onun yaratdığı şəbəkənin təkcə Berlində deyil, Lüneburq, Göttingen, Hannover, Tübingen və Heppenheymdə də fəaliyyət göstərdiyi məlum olub. Yeni məlumatlara görə, Kentlerin ən yaxın adamlarından biri 200-dən çox uşağa təcavüz edən keçmiş məktəb direktoru olub. Digər yaxın adamın isə övladlığa götürdüyü övladlarına zor tətbiq edən professor olduğu üzə çıxıb. Zərərçəkənlərin dediyinə görə, professor uşaqları ayaqlarını vannada masaj etməyə məcbur edib.

Bir çox sosial işçilərə məlum olan cinayətlərə görə heç kim cəzalandırılmayıb. Tədqiqatın müəllifləri həmçinin şəbəkənin bu gün də mövcud olduğunu iddia edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv