“Apple” “Siri”dən şikayət edən hər kəsə 20 dollar ödəyəcək

“Apple” “Siri”dən şikayət edən hər kəsə 20 dollar ödəyəcək






presstv

"Presstv"az #Apple, #iPhone

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Apple” şirkəti məxfilik pozuntusu ilə bağlı ilkin razılaşmaya nail olub. İstifadəçilər səsli köməkçi “Siri”dən istifadə etdikləri hər cihaz üçün 20 dollara qədər kompensasiya ala bilərlər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Reuters” xəbər yayıb.

Səsli köməkçilər, adətən, “Hey, Siri” kimi ifadələr vasitəsilə aktivləşdirilir. Lakin iddiaçılar bildiriblər ki, “Siri” onları gizlicə dinləyib və məlumatları ötürüb. Hətta müəyyən brendlərin və ya mövzuların təsadüfi xatırlanması sonradan hədəflənmiş reklamların göstərilməsinə səbəb olub.

Məsələn, iki iddiaçı “Air Jordan” idman ayaqqabıları və “Olive Garden” restoranları haqqında müzakirədən sonra bu məhsulların reklamlarını görməyə başladığını bildirib.

Başqa bir iddiaçı isə tam məxfi hesab etdiyi həkim söhbətindən sonra tibbi xarakterli hədəflənmiş reklamlar aldığını bildirib.

İddia 17 sentyabr 2014-cü ildən başlayaraq “Siri”də “Hey, Siri” funksiyasının tətbiq edildiyi 31 dekabr 2024-cü ilə qədər olan dövrü əhatə edir.

İlkin qiymətləndirmələrə görə, kollektiv iddianın 10 milyonlarla iştirakçısı var. Onlar “iPhone” və “Apple Watch” kimi “Siri” dəstəkli hər cihaz üçün 20 dollara qədər kompensasiya ala bilərlər.

“Apple” isə öz növbəsində hər hansı pozuntunu inkar edir, lakin gələcək məhkəmə çəkişmələrindən qaçmaq üçün sövdələşməyə razılıq verib.

“Apple” nümayəndələri və onların vəkilləri hələ ki şərh sorğularına cavab verməyiblər. İddiaçıların vəkilləri də şərh verməyiblər, lakin onların razılaşma fondundan qonorar kimi 28,5 milyon dollar və xərclərin ödənilməsi üçün 1,1 milyon dollar tələb edəcəkləri gözlənilir.

Qeyd edək ki, razılaşma üçün ayrılan 95 milyon dollar “Apple”ın cəmi doqquz saatlıq mənfəətinə bərabərdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv