Ağ Evdəki gizli görüşün TƏFƏRRÜATI: Bayden İranın nüvə obyektlərinə zərbə endirəcək?

Ağ Evdəki gizli görüşün TƏFƏRRÜATI: Bayden İranın nüvə obyektlərinə zərbə endirəcək?






presstv

"Presstv"az #Ağ Ev, #Co Bayden, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Co Bayden və komandası gizli toplantıda İranın nüvə obyektlərinə zərbələr endirmək planını müzakirə ediblər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Axios” portalı xəbər yayıb.

Bildirilir ki, müzakirə təxminən bir ay əvvəl baş tutan və gizli saxlanılan görüş zamanı aparılıb.

Müzakirə zamanı Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Tehranın yanvarın 20-dək nüvə silahı yaratmaq istiqamətində ata biləcəyi addımlara qarşılıq ABŞ-nin potensial hücum variantlarını təqdim edib.

Mənbələrin bildirdiyinə görə, Sallivan hesab edir ki, İranın hava hücumundan müdafiə (HHM) və raket imkanlarının zəifləməsi uğurlu zərbə ehtimalını artıracaq, həmçinin İranın cavab tədbirləri və regional eskalasiya riskini azaldacaq.

Nəşrdə vurğulanır ki, Bayden bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib.

Qeyd edək ki, bir gün əvvəl ABŞ-nin İran üzrə keçmiş xüsusi nümayəndəsinin müavini Riçard Nefyu Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda nəticə əldə edə bilməyəcəyi təqdirdə ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv