Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır

Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır






presstv

"Presstv"az #"Azəriqaz", #"Azəriqaz" İstehsalat Birliyinin (İB), #(SOCAR), #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.

presstvaz   xəbər verir ki, “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq:

“Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq. İstehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə “Azəriqaz”ın Tarif Komissiyasında müvafiq qaydada baxılacaq”.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0.5 qəpik (yarım qəpik, 4.2%) artırılaraq 12 qəpikdən 12.5 qəpik həddində, 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1.3 qəpik (8.7%) artırılıb.

Tarif dəyişikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.

– 48% abonent üzrə – 32 qəpik,

– 39% abonent üzrə – 1 manat 43 qəpik,

– 13% abonent (daha çox istehlak edən) üzrə – 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə – 0.5 qəpik (yarım qəpik, 4.2%) artırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12.1%) artırılaraq 16.5 qəpikdən 18.5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

Qərar yanvarın 2-dən qüvvəyə minib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv