Fındığın qabığını atmayın – Canan Karatay faydalarından danışdı

Fındığın qabığını atmayın – Canan Karatay faydalarından danışdı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fındığın özü qədər qabıqları da faydalıdır.

presstvaz Medicina.az-a istinadən bildirir ki, Canan Karatayın tövsiyə etdiyi qidalardan biri olan fındığın qabıqları belə şəfalıdır.

Canan Karatay müsahibəsində çay və fındığın insan sağlamlığı üçün çox faydalı olduğunu ifadə edərək “Şəkər əlavə etmədən çoxlu çay için, fındıq yeyin”, – deyə bildirib.

Onun sözlərinə görə, fındıq minerallar, vitaminlər, karbohidratlar və omeqa-3 ilə zəngindir.

“Bundan əlavə, fındığın qabığından hazırlanmış çay da çox vacibdir. Bu çay ən güclü antioksidantları ehtiva edir. Qaraciyər xəstəliklərində və qaraciyər damarlarının açılmasında faydalıdır. Yoğun bağırsaq və uşaqlıq yolunun iltihabına qarşı yaxşı təsir edir.

Fındıq qabıqlarının qaynadılıb suyunun içilməsi soyuqdəymə və qripə xeyirlidir; öskürəyi dayandırır; malyariya və epilepsiya zamanı xəstənin halını yaxşılaşdırır. Bu çayın qan təmizləyici təsiri də var.

Həmçinin bağırsaq florasını və ya ürək-damar sistemini qorumaq istəyənlər də fındığın qabığından faydalana bilərlər”, – deyə C.Karatay vurğulayıb.

Çayın hazırlanması:

Bir ovuc təmizlənmiş fındıq qabığını götürüb qaynayan bir litr suya əlavə edin. Qarışığı on dəqiqə qaynatdıqdan sonra ocaqdan alın və daha on dəqiqə dəmlənməsini gözləyin.

Çayı stəkana süzdükdən sonra bal əlavə edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv