Tətilin ilk günlərində Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb

Tətilin ilk günlərində Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tətilin ilk günlərində, 31 dekabr-2 yanvarda Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.

presstvaz   xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dekabrın 31-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq.

Naxçıvan MR ərazisində dekabrın 31-də axşamdan yanvarın 1-də gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, yanvarın 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin dekabrın 31-də axşamdan yanvarın 1-də gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4 dərəcə isti, dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta, gündüz 4-7 dərəcəyədək isti olacaq.

Qazax-Gəncə bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-də gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-4, gündüz 6-11 dərəcə isti olacaq.

Balakən-Şəki bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-də gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq.

Quba-Xaçmaz bölgəsində 31 dekabr-2 yanvar tarixlərində bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur. Havanın temperaturu 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.

Dağlıq Şirvan bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-də gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.

Mərkəzi Aran bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin dekabrın 31-də gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.

Lənkəran-Astara bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur. Havanın temperaturu gecə 2-6, gündüz 7-11, dağlarda gecə 1-3, gündüz 3-6 dərəcə isti olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv