Pentaqon: ABŞ hərbi-sənaye kompleksi böyük dövlətlərin qarşıdurmasına hazır deyildi

Pentaqon: ABŞ hərbi-sənaye kompleksi böyük dövlətlərin qarşıdurmasına hazır deyildi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin hərbi-sənaye kompleksi böyük dövlətlərin rəqabəti şəraitində silah və sursat istehsalını sürətlə artırmağa hazır deyildi.

presstvaz   report-a istinadən xəbər verir ki, bu qiymətləndirməni Vaşinqtonda Hudson İnstitutunda keçirilən seminarda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin maddi-texniki təchizat üzrə direktoru, general-leytenant Leonard Kosinski deyib.

Onun sözlərinə görə, Ukrayna böhranı kontekstində Rusiya iqtisadiyyatını “müharibə vəziyyətinə” salıb. “Amma biz yox. Biz kollektiv şəkildə, – mən Avropa və ABŞ-ni nəzərdə tuturam – o cümlədən müttəfiqlərimiz və tərəfdaşlarımız mövqelərini bərpa etməyə çalışırlar”, – Kosinski bildirib.

“Düşünürəm ki, ən ciddi problem, hətta vasitələrimiz olsa belə, istehsalı artırmaq və lazımi miqdarda silah və sursat istehsal etmək imkanı əldə etməkdir. Ümid edirəm, buna nail olacağıq”, – general deyib.

Onun fikrincə, ABŞ-nin hərbi-sənaye kompleksinin zəifləməsinə ölkənin “son iki onillikdə” “fərqli xarakterli münaqişəyə cəlb edildiyi” qərarlar səbəb olub.

General qeyd edib ki, bu günə qədər ABŞ hərbi-sənaye kompleksi “böyük güclər arasında bərabər şərtlərdə şiddətli rəqabətə hazır deyil.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv