AP Nikolu alqışladı: Hazır olaq, Kreml qəzəblənəcək

AP Nikolu alqışladı: Hazır olaq, Kreml qəzəblənəcək






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Biz görürük ki, Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan təhlükəsizlik baxımından Rusiyadan asılılığını azaltmaq üçün aydın siyasi iradə nümayiş etdirir. Onu da xatırlayırıq ki, ötən il oktyabrın 17-də cənab Paşinyan Ermənistanın Avropanın mümkün hesab etdiyi qədər Avropaya yaxın olmaq istədiyini demişdi.

presstvaz   lent.az-a istinadən bildirir ki, bu sözləri Avropa Parlamentinin üzvü, Litvanın keçmiş baş naziri Andrus Kubilius Avropa Parlamentinin iclasında Ermənistan-AB münasibətləri haqda danışarkən deyib.

O bildirib ki, Baş nazir Nikol Paşinyanın cəsarətli bəyanatını və bu ölkəni Avropa Birliyinə yaxınlaşdıran addımları alqışlayırlar:

“Avropa Parlamenti siyasi cavab verməli, Ermənistanla gələcək real münasibətlər üçün iddialı gündəm təklif etməlidir. Biz Ermənistanı inteqrasiyanın bütün üstünlüklərindən istifadə edəcək Avropa ailəsinin bir hissəsi kimi görmək istəyirik. AB Ermənistanı AB ilə addım-addım yaxınlaşmağa, o cümlədən onun namizəd statusuna hazırlaşması üçün geniş xəritə hazırlamalıdır.

Digər tərəfdən, Ermənistanın bu cür cəsarətli davranışına Rusiyanın qəzəblə reaksiya verəcəyi və bunun Ermənistan üçün təhlükəsizlik və iqtisadi baxımından çağırışa çevriləcəyi göz qabağındadır. Ermənistana Avropa Birliyi və Qərb demokratiyasından təminat lazımdır və AB Rusiyanın Ermənistan üçün yaratdığı iqtisadi çağırışları qəbul etməlidir.

Ermənistanın Avropa perspektivi sabitliyin bərqərar olması üçün yeganə yoldur. Bu, Azərbaycan üçün də faydalı olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv