Gürcüstanda etiraz aksiyası DAVAM EDİR: Saxlanılan şəxslərə qarşı ittiham irəli sürüldü

Gürcüstanda etiraz aksiyası DAVAM EDİR: Saxlanılan şəxslərə qarşı ittiham irəli sürüldü






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstan Prokurorluğu etiraz aksiyalarında iştirak edən altı nəfər barəsində kütləvi zorakılıqda iştirak etmək maddəsi üzrə ittiham irəli sürüb.

Bu barədə presstvaz “Sputnik Gürcüstan” “Telegram” kanalına istinadən xəbər verir.

Prokurorluğun məlumatına görə, etiraz aksiyaları zamanı təqsirləndirilən şəxslərin əməlləri nəticəsində bir neçə hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, həmçinin onlar fiziki və hüquqi şəxslərin əmlakına, o cümlədən şəhər infrastrukturuna ziyan vurub və məhv ediblər.

Təqsirləndirilən şəxsləri 4 ildən 6 ilə qədər həbs gözləyir.

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin Rustaveli prospektində ötən gün keçirilən mitinqdə 48 nəfəri saxlayıb.

presstvaz-ın “Sputnik Gürcüstan”a istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin verdiyi bəyanatda bildirilib.

“Aksiya iştirakçılarının, əvvəlki iki gündə olduğu kimi, öz etirazlarını dinc şəkildə bildirmək və mitinqi davam etdirmək imkanları var idi, lakin onlardan bəzilərinin hərəkətləri zorakılıq xarakteri aldı”, – deyə bəyanatda bildirilib.

Xatırladaq ki, mitinqə toplaşanlar parlament binasına və polis əməkdaşlarına pirotexniki vasitələr atıblar, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir edib, onlara daş və müxtəlif ağır əşyalar atıblar. Nəticədə DİN-in bir əməkdaşı yaralanıb.

Nazirlik qeyd edib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının etirazın dinc yolla bildirilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, toplaşanlar qanunazid hərəkətlərinə davam ediblər, buna görə də aksiyanın dağıdılmasına başlamaq qərara alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv