23:33
Tbilisidə polis parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə etməyə başlayıb.
presstvaz APA-ya istinadən bildirir ki, xüsusi təyinatlı polis qüvvələri etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb.
Etirazçılar polisin xəbərdarlığına baxmayaraq ərazini tərk etməyiblər.
22:48
Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb.
presstvaz APA-ya istinadən bildirir ki, bu barədə qurumun açıqlamasında deyilir.
“Aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, həmçinin elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, bir polis yaralanıb”, – məlumatda deyilir.
—–
Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.
presstvaz APA-ya istinadən bildirir ki, Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər.
Ərazidə gərginlik hökm sürür.
Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.