Erməniləri indiki əraziyə Rusiya yerləşdirib – Markov

Erməniləri indiki əraziyə Rusiya yerləşdirib – Markov






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın KTMT üzvlüyünü dondurması barədə Paşinyanın elanı radikal addım deyil. Çünki faktiki dondurma daha öncə olub, bir neçə ay ərzində İrəvan nə KTMT tədbirlərində, nə də yüksək səviyyəli görüşlərdə iştirak edib. Digər tərəfdən, KTMT Ermənistandan hələlik heç bir açıqlama almayıb. Yəni hələlik bu dondurma əməldə və sözdə olsa da, hüquqi xarakter daşımayıb. Münasibətlərin dondurulması Paşinyanın indi Rusiya ilə bağlı həyata keçirdiyi min kiçik addım taktikasıdır. Məhz bu taktika hazırda Qərb tərəfindən Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı həyata keçirilir və çox uğurlu hesab olunur.

presstvaz axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Düşmənin çox ciddi “kartı” olanda min kiçik addım taktikası tətbiq olunur. Məsələn, Qərb nöqteyi-nəzərindən Ukrayna böhranından danışsaq, Rusiyanın taktiki nüvə silahından istifadə etmə ehtimalı belə bir “kozırdır”. Nikolun nöqteyi-nəzərindən belə bir “kozır” Rusiyanın Paşinyanın başçılıq etdiyi antirusiya rəhbərliyini hakimiyyətdən uzaqlaşdırmağa çağırması ehtimalıdır. Görünür, Paşinyan min kiçik addımın taktikasını Fransa Prezidenti Makronla birgə formalaşdırıb. Fransa indi Paşinyanın əsas müttəfiqidir. Faktiki olaraq Nikol və Makron Rusiyaya, eləcə də erməni xalqına qarşı qəsd təşkil edir. Erməni xalqı Paşinyanın bu siyasətinə qarşıdır. Ermənistanın əhalisi əsasən rusiyapərəstdir, baxmayaraq ki, onlar Qarabağ müharibəsində Azərbaycanın Ermənistan ordusunu tamamilə məğlub etdiyi, üç ildən sonra isə Qarabağ üzərində tam nəzarəti bərqərar etdiyi zaman məğlubiyyətində Rusiyanı günahkar hesab edirlər. Rusiya Bakının bunu etməsinə mane olmadı. Ona görə də Ermənistan əhalisi Rusiyanı günahkar hesab edir, amma daha çox özlərini, siyasi rəhbərliyini, o cümlədən Paşinyanı və onun bütün rəqiblərini günahkar sayır. Nikol reallığı Qarabağ müharibəsinin tempi və onun uğursuzluğu baxımından qəbul edirsə də, erməni xalqı Rusiyanın Ermənistanı dəfələrlə, o cümlədən Fars imperiyasının qırğınından xilas etdiyini anlayaraq, vəziyyəti çoxəsrlik nöqteyi-nəzərdən qiymətləndirir. Rusiya imperiyası erməniləri əsasən onların indi yaşadıqları bu ərazilərdə yerləşdirib və ermənilər bir çox cəhətdən özlərini məhz Rusiya vasitəsilə reallaşdırıblar. Ona görə də erməni əhalisi sadə fikirləşir: indi Rusiyadan qopub Fransaya getsək, o zaman Paris bizi qorumayacaq, Türkiyə və Azərbaycanla üz-üzə qalacağıq, erməni xalqını fəlakət gözləyə bilər. Paşinyan qorxur və Rusiyadan qopmaq üçün heç bir radikal addım ata bilməz, ona görə də min kiçik addım taktikasından istifadə edir. Onun məqsədi Rusiya ilə münasibətləri kəsməkdən çox, Qərbin əsas müttəfiqinə çevrilməkdir. Rusiyanı düşmən etmək yox, Qərbi dost etmək lazımdır. Paşinyan bunu istəyir və bu, normal olardı, amma mümkün deyil”, – o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv