“Azərikard” MMC ISO 27001:2022 sertifikatını əldə edib

“Azərikard” MMC ISO 27001:2022 sertifikatını əldə edib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kart əməliyyatlarında və ödəniş həllərində lider olan “Azərikard” məlumat təhlükəsizliyinin idarə edilməsi üzrə ISO 27001:2022 sertifikatı əldə edib. ISO 27001:2022 beynəlxalq standartı təşkilatların Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemlərini (MTİS) qurma, tətbiqetmə və davamlı təkmilləşdirmə üzrə ən yaxşı təcrübələri əhatə edir.

Bu sertifikat “Azərikard”ın həssas məlumatların idarə edilməsi və qorunması sahəsində ciddi təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiqləyir və müştərilərə təhlükəsiz və etibarlı elektron ticarət xidmətləri təqdim etməyə imkan yaradır. Şirkətin məlumat təhlükəsizliyinə sadiqliyinin bir hissəsi kimi, müştərilər kibertəhdidlərə və məlumat sızıntılarına qarşı daha yüksək səviyyədə qorunmadan faydalanacaqlar, bu da potensial riskləri azaltmağa və onların elektron ticarət fəaliyyətlərində etibarı artırmağa kömək edəcək.

ISO 27001:2022 sertifikatının alınması üçün müstəqil auditor tərəfindən şirkətin təhlükəsizlik siyasətləri, risk idarəetmə və nəzarət mexanizmləri hərtərəfli yoxlanılıb. Bu nailiyyət “Azərikard”ın təhlükəsizlik sahəsində qabaqcıl və etibarlı bir tərəfdaş kimi mövqeyini daha da gücləndirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv