Bakı ilə prinsipial məsələdə razılıq… – Kostanyan

Bakı ilə prinsipial məsələdə razılıq… – Kostanyan






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hazırda qeyd edə bilərik ki, prinsipial məsələlər ətrafında razılıq yoxdur.

presstvaz  axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbərinin müavini Vaan Kostanyan parlamentdə jurnalistlərlə söhbətində Azərbaycandan sülh müqaviləsi ilə bağlı qəbul edilən növbəti təkliflər haqda danışarkən deyib.

“Ümid edirik ki, bütün məsələlərin müzakirə olunacağı xarici işlər nazirlərinin görüşü baş tutacaq. Hazırda tərəflər arasında fundamental məsələlərdə razılıq əldə olunmayıb. İndi sülh müqaviləsinin mətni ətrafında növbəti görüşlə bağlı müzakirələr gedir”, – Kostanyan bildirib.

Xarici işlər nazirinin müavini danışıqların uğurlu gedişinə nəyin mane olduğunu soruşduqda belə cavab verib:

“Mən Azərbaycana nəyin mane olduğunu qiymətləndirə bilmərəm, lakin təsdiq edə bilərəm ki, Ermənistan tərəfi Azərbaycanla münasibətləri tənzimləməkdə maraqlıdır və hazırdır. Münhen görüşü faktını müsbət hesab etmək olar, lakin biz görüşlərdən və müzakirələrdən daha çox əməli fəaliyyətə, son 2-3 ildə əldə edilmiş razılaşmalara, xüsusən də üç prinsip ətrafında son nəticəyə keçməliyik”.

Danışıqlar üçün Qərb platformasının üstünlük təşkil etməsinə gəlincə, nazir müavini deyib:

“Qərb platforması” ifadəsi mənim üçün bir az anlaşılmazdır, hazırda vaxt və məkanla bağlı müzakirələr gedir. Yekun razılaşma olanda təbii ki, ictimaiyyətə məlumat verəcəyik”.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən Azərbaycandan sülh sazişi ilə bağlı yeni təkliflər paketi aldıqlarını təsdiqləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv