Vaqif Sadıqov: “Bu gün “Qarabağ” növbəti tarixə imza atacaq”

Vaqif Sadıqov: “Bu gün “Qarabağ” növbəti tarixə imza atacaq”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hər zaman “Qarabağ”dan inamlı nəticə, uğurlu oyun gözləyirik”.

presstvaz bildirir ki, bunu İdman.bizə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa” ilə cavab matçını dəyərləndirib. Vitse-prezidentin sözlərinə görə, bu gün Azərbaycanda elə bir adam olmayacaq ki, “Qarabağ”a azarkeşlik etməsin: “Çox çətin qarşılaşma olacaq. Ona görə ki, “Braqa” nüfuzunu qoruyub saxlamaq üçün cavab matçında ən yaxşı oyunlarından birini göstərməyə çalışacaq. Ancaq belə bir vəziyyətdə azarkeşləri önündə Azərbaycan çempionundan müsbət nəticə gözləyirəm. İnanıram ki, bu gün “Qarabağ” növbəti tarixə imza atacaq. Komandamız yaxşı oyun göstərəcək. Bizi hər bir nəticə qane edəcək. Hansı ki, həmin nəticə yolumuzu davam etməyə imkan yaradacaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” qarşılaşması bu gün saat 21:45-də start götürəcək. İlk görüşdə isə Azərbaycan çempionu 4:2 hesabı ilə qalib gəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv