Bakıda anasının 16 yaşlı qızı evdən qovması iddiası ilə bağlı AÇIQLAMA

Bakıda anasının 16 yaşlı qızı evdən qovması iddiası ilə bağlı AÇIQLAMA






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonunda ananın 16 yaşlı qızını evdən qovması barədə yayılan xəbərlərlə bağlı daha bir açıqlama verib.

presstvaz-ın xəbərinə görə, bununla bağlı qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, komitə tərəfindən Qaradağ rayonunun, Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəb ilə əlaqə saxlanılıb:

“Məktəb rəhbərliyi tərəfindən uşağın anası təhsil ocağına dəvət olunub. O bildirib ki, qızını evdən qovmayıb, rəfiqəsigildə qalıb. Məktəbdə bərbər kursunda təhsil alan yeniyetmə də evdən qovulması məsələsini təkzib edib”.

T.Mərdanoğlu qeyd edib ki, məsələni komitə nəzarətdə saxlayır.

Qeyd edək ki, ötən gün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan qızı anasının evdə qovduğunu və bu səbəbdən müxtəlif ünvanlarda gecələməli olduğu barədə paylaşım edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də məsələ barədə araşdırma aparıldığı bildirilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv