IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib

IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oktyabrın 10-da IDEA İctimai Birliyinin təşkilatçılığı və PASHA Qrupunun dəstəyi ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən aksiya ictimai çimərlik ərazisində baş tutub.

presstvaz   xəbə verir ki, təmizlik aksiyasında IDEA könüllüləri ilə yanaşı, “PAŞA Holdinq” və “PASHA Management Company” tərəfindən idarə olunan şirkətlərin 170-dən çox əməkdaşı, həmçinin “LANDAU School”un şagirdləri olmaqla ümumilikdə 250-dən çox şəxs iştirak edib. Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçıların topladıqları 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

“Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsinə yönələn səylərə cəlb etməkdən ibarətdir. Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpası üçün mütəmadi tədbirlər həyata keçirir.

Qeyd edək ki, IDEA İctimai Birliyi mütəmadi olaraq təmizlik aksiyaları təşkil edir və bu aksiyalarda iştirak etmək üçün şirkətləri, təşkilatları və qurumları birgə əməkdaşlığa dəvət edir. Təmizlik aksiyalarının birgə təşkili ilə bağlı IDEA İctimai Birliyinə müraciət edə, ətraf mühitin mühafizəsinə öz töhfənizi verə bilərsiniz. Müraciətlərinizi IDEA-nın “1113” qaynar xətti və ya info@ideacampaign.org e-poçt ünvanına göndərməyiniz xahiş olunur.

IDEA İctimai Birliyi bir daha hər kəsi planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv