Paşinyan Fransadan alınan silahlardan danışdı

Paşinyan Fransadan alınan silahlardan danışdı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın müdafiə qabiliyyətinin inkişafı heç kimi narahat etməməlidir.

presstvaz   axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə keçirdiyi brifinqdə deyib.

O əmin edib ki, Ermənistanın vəzifəsi regionda balans yaratmaqdır.

“Ermənistanın müdafiə qabiliyyətinə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Mahiyyət etibarı ilə yeni olan müdafiə sahəsində əlaqələrimiz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün vacibdir”, – Paşinyan Makrona bildirib.

O qeyd edib ki, bu kontekstdə tənqidlər var, lakin Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır.

Emmanuel Makron da öz növbəsində Fransanın Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcəyini qeyd edib:

“Fransa hərbi müdafiə ləvazimatlarının çatdırılmasına razılıq verib və Fransa hər hansı bir eskalasiya istəməyərək, bu sahədə davam edəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv