Xarici media təmsilçiləri Mətbuat Şurasında olublar

Xarici media təmsilçiləri Mətbuat Şurasında olublar






Rəşad Cəfərli

"Presstv"az #Rəşad CƏFƏRLİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Parlament Jurnalistləri Birliyinin dəvəti ilə 26-29 sentyabr tarixlərində Azərbaycanda səfərdə olan Macarıstanın ən böyük media qurumlarından olan  “Magyar Hirlap” qəzetinin və eyni adlı saytın redaktoru Zsolt Sütö Nagy, Bolqarıstanın Dövlət Xəbər Agentliyinin, “24 chasa”, “Standart” qəzetlərinin və BTV telekanalının əməkdaşı Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayev Azərbaycan Mətbuat Şurasında olub.

presstvaz bildirir ki, qonaqları salamlayan MŞ sədri Rəşad Məcid Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə doğru və dolğun şəkildə çatdırılmasının vacibliyindən söz açıb. O, 44 günlük müharibədən sonra məsələnin daha aktual olduğunu diqqətə çatdırıb. R.Məcid xarici media təmsilçilərinin ölkəmizə səfərini bu baxımdan yüksək qiymətləndirib, onların işğaldan azad edilmiş bölgələrimizə səfərlərinin böyük təəssürat zənginliyi yaratdığına əminliyini dilə gətirib.

MŞ sədrinin müavini Səadət Məmmədova, Şuranın İdarə Heyətinin üzvləri Elşad Eyvazlı, Hacıbəy Heydərli və Ceyhun Musaoğlu çıxışlarında Azərbaycanın media orqanları ilə ayrı-ayrı ölkələrin media qurumlarının fəal əməkdaşlığına dair məqamları açıqlayıb, bu istiqamətdəki fəaliyyətin səmərəliliyini əsaslandırıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqların sualların cavablandırılıb, həmçinin xatirə hədiyələri təqdim olunub.

Rəşad CƏFƏRLİ

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.