İlham Əliyev-Şolts-Paşinyan görüşündə müəmma… – Petrosyan

İlham Əliyev-Şolts-Paşinyan görüşündə müəmma… – Petrosyan






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paşinyan Ermənistanın sərhəddə 4 itki verdiyi (təxribatçılar-red) haqda Münhendə danışmadı, yalnız Rusiyanın əleyhinə danışmaq üçün ora getmişdi.

İlham Əliyev, Paşinyan və Şoltsun görüşü isə müəmmalı məqamlarla doludur. Ümumiyyətlə, Şolts orada vasitəçi idi, yoxsa sadəcə, görüşün təşkilatçısı? Çünki Azərbaycan tərəfi Şoltsun yalnız görüşün təşkilatçısı rolunu oynadığını bildirir. Paşinyanın İlham Əliyevə daha böyük vədlər verməsindən ciddi şəkildə qorxuram.

presstvaz  Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda ədliyyə general-mayoru olan Tatul Petrosyan deyib.

T.Petrosyan bildirib ki, Ermənistan artıq uçurumdadır.

“Növbə Ermənistana çatıb. Artıq anklavlardan danışırlar. Azərbaycan kəndləri adlandırdıqları 4 kəndin qaytarılmasından bəhs edirlər, daha sonra 4 anklav kəndi də qaytaracaqlar. Paşinyan bu 8 kəndi mütləq Azərbaycana təhvil verəcək. Yeni vədlər isə dəhlizlə bağlıdır. Əliyev tələb edir ki, ona dəhliz Mehridən lazımdır, Sisyandan yox. Çünki qışda Sisyanın yolları keçilməz olur”, – erməni general bildirib.

T.Petrosyan qeyd edib ki, Paşinyan Rusiya hərbi bazasını və sərhədçilərini də Ermənistandan çıxarmağa hazırlaşır:

“Yeni konstitusiya layihəsində bu məsələ öz əksini tapacaq. Bu gün Ermənistan və Türkiyə sərhədini Rusiya qoşunları qoruyur. Bizim Türkiyə ilə heç bir demarkasiya və delimitasiyamız yoxdur. Sovet İttifaqı da çoxdan yoxa çıxıb. Əgər Rusiya qoşunları çıxarsa, Türkiyə də Ermənistandan öz payını qoparacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv