“Haber Global”: “Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir”

“Haber Global”: “Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin “Haber Global” kanalı Azərbaycanın meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə verdiyi dəstəklə bağlı material hazırlayıb.

presstvaz    xəbər verir ki, materialda Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə göndərilən amfibiya təyyarəsindən bəhs edilir.

Qeyd olunub ki, Türkiyənin günlərlə davam edən meşə yanğınları ilə mübarizəsinə Azərbaycan da öz dəstəyini əsirgəməyib:

“Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə göndərilən Be-200 amfibiya təyyarəsi, gəldiyi ilk gündən etibarən, İzmir və Muğla bölgələrində yanğınla mübarizəyə ciddi dəstək verir. Bu təyyarə 12 ton su tutumu ilə yanğının nəzarətə götürülməsində əhəmiyyətli rol oynayır və gəldiyi gündən bəri yanan əraziyə 114 ton su boşaldıb.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tam hazır vəziyyətdə gözləyir. Türkiyə tərəfi köməyə ehtiyac duyarsa, həmin şəxsi heyət yanğının söndürülməsinə cəlb olunacaq”.

Materialda, son yanğınların intensivləşdiyi gün iki ölkə başçısının telefon danışığına da toxunulub və bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə göndərilən yanğınsöndürmə təyyarəsi hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv