Bakıda sürüşmə sahəsində yeni çatlar yaranıb – FOTOlar

Bakıda sürüşmə sahəsində yeni çatlar yaranıb – FOTOlar






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V massivi, Bina 13M binasının ön və sağ tərəfində sürüşmə hadisəsinin baş verdiyi və sürüşmənin hər gün daha da aktivləşməsinə dair həmin ünvanda yaşayan sakinlər tərəfindən redaksiyamıza müraciət daxil olub.

presstvaz  xəbər verir ki, sakinlər APA-ya bildirib ki, ətrafda çoxlu sayda böyük çökəkliklər və qırılmalar baş verib, bununla bağlı aidiyyəti qurumlara müraciət etdiklərini vurğulayıblar.

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirib ki, son günlər Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 13 M ünvanda yerləşən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə müşahidə olunan mühəndis-geoloji vəziyyətlə əlaqədar vətəndaş müraciətlərinə (4 fərdi müraciət) əsasən, Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazilərə baxış keçirilib, yaranmış vəziyyət qiymətləndirilib.

O qeyd edib ki, hazırda binanın yerləşdiyi ərazidə yer səthində müxtəlif istiqamətli dislokasiya elementləri müşahidə olunmaqdadır: “Geoloji kəsilişin üst hissəsində çökmə prosesləri və çat zonaları qeydə alınır. Relyefdə yaranan dəyişmələr süni şəkildə doldurulsa da, proseslərin dinamikasında artım müşahidə olunur. Ərazidə instrumental tədqiqatların aparılması və müvafiq bərkitmə işlərinin aparılması zəruridir”.

Məqaləyə dair fotomateriallar:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv