Ermənistanda hakim partiya Simonyanın istefasını tələb edir

Ermənistanda hakim partiya Simonyanın istefasını tələb edir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Vətəndaş Müqavilə” partiyası Baş nazir Nikol Paşinyandan parlamentin spikeri Alen Simonyanın istefasını tələb edib.

presstvaz  APA-ya istinadən bildirir ki, bu barədə “Joxovurd” yazıb.

Nəşrin məlumatına görə:

“Vətəndaş Müqavilə” partiyası hesab edir ki, Simonyan və onun ətrafı dəfələrlə qalmaqalların mərkəzində olub, lakin cəzasız qalıb. Onlara görə bu cəzasızlıq mühitinə son qoymaq lazımdır, çünki bu, komandanın reytinqinə xələl gətirir.

Partiya Simonyanın həyat yoldaşının idarə etdiyi “Freenews” telekanalının 23,3 milyon dram borcu ilə bağlı məsələni, həmçinin, Simonyanın qardaşının həyat yoldaşı Anya Gevorqyanın İqtisadiyyat Nazirliyində sui-istifadə halları ilə bağlı həbs edilməsinə diqqət çəkib.

Daha bir irad isə 2023-cü ilin aprelində Simonyanın vətəndaşın üzünə tüpürməsi və ictimaiyyətin sərt şikayətlərinə baxmayaraq cəzasız qalması ilə bağlıdır. İndi isə Paşinyanın tərəfdarları Simonyanı cəzalandırılmalı olduğunu deyirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv