Baş prokuror MDB PA-nın Müşahidə Missiyası ilə görüşdü

Baş prokuror MDB PA-nın Müşahidə Missiyası ilə görüşdü






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 5-də Baş prokuror Kamran Əliyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının rəhbəri,

Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və digər rəsmi şəxslərin daxil oluqları nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son 20 il ərzində aparılan genişmiqyaslı islahatların ölkəmizin bugünkü dinamik inkişafının nəticəsi olduğunu bildirib.

7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin tarixdə ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcəyini və xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Baş prokuror, seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlər, seçki qanunvericiliyinə riayət olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.

Jakip Asanov, Dmitri Kobistki və digər görüş iştirakçıları Müşahidə Missiyasının ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesinin müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının əməyini yüksək qiymətləndiriblər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv