Türkiyənin həlledici rolu Qarabağda özünü göstərdi – Gülər

Türkiyənin həlledici rolu Qarabağda özünü göstərdi – Gülər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müasir Türkiyə qlobal oyunçu və beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarlarından biridir.

presstvaz  axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər iyunun 16-da Baş Qərargah rəisi Mətin Gürakın və qoşun komandanlarının iştirakı ilə keçirilən müşavirədə deyib.

Y.Gülərin sözlərinə görə, Türkiyənin həlledici rolu Qarabağ münaqişəsinin və Liviyada vətəndaş müharibəsinin sona çatmasında xüsusilə özünü göstərib.

“Bu günədək Ankara Yaxın Şərqdəki ziddiyyətlərin həlli üçün diplomatik səylər göstərir, münaqişə zonalarına humanitar yardım göndərir, Ukraynada qan tökülməsinə son qoymağa və nəticədə enerji və ərzaq böhranlarını aradan qaldırmağa çalışır. Bütün bunlar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi dəyərli təşəbbüslərdir”, – deyə türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, Ankaranın beynəlxalq aləmdə nüfuzunun güclənməsi fonunda Türkiyə Silahlı Qüvvələrinin xaricdəki missiyalarının əhatə dairəsi genişlənir.

Müdafiə naziri dünyadakı qeyri-müəyyənliyə, o cümlədən Türkiyə sərhədlərində gərginlik və böhran zonalarının artmasına diqqət çəkib.

“Türkiyə ordusu bu gün də İraqın şimalında və Suriyada terrorçulara qarşı fəal mübarizəni davam etdirir. Türkiyənin maraqlarını pozan status-kvonun yaradılmasına yol verməyəcəyik”, – deyə Gülər vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv