Acun ondan üzr istədi

Acun ondan üzr istədi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur türkiyəli prodüser Acun Ilıcalı müğənni Yılmaz Morgülün "Survivor" yarışması ilə bağlı sosial mediada dilə gətirdiyi şikayətinə gözlənilməz reaksiya verib.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, Y. Morgül yarışmada olduğu müddətdə bəstə yazmaq üçün qələm-dəftər istədiyini, lakin rədd edildiyini, hazırda isə iştirakçı Bayhana səsyazma cihazı verildiyini bildirərək narazılığını ifadə edib.

A. Ilıcalı paylaşımında Morgülün şikayətini tamamilə haqlı hesab etdiyini və ondan üzr istədiyini bildirib:

"Hörmətli Yılmaz Morgül, şikayətinizi başa düşürəm. O zaman buna icazə vermədiyim üçün indi daha da əsəbiləşirəm. Səsyazma cihazını Bayhandan geri almayacağam, amma səndən üzr istəyirəm. Bu mövzuda tamamilə haqlısan, eşitdiyimə görə çox üzüldüm".

O, həmçinin Morgülə olan rəğbətini dilə gətirərək, onu yenidən layihədə görmək istədiyini qeyd edib:

"Səni çox bəyənirəm, bizim üçün çox dəyərlisən. İştirak etdiyin mövsüm bizim üçün əfsanəvi idi. Səni yenidən "Survivor All Star"da görməyi çox istərdik".

Xatırladaq ki, Y. Morgül bir müddət əvvəl etdiyi paylaşımda A. Ilıcalının onun istəyinə reaksiya verməməsinə görə, prodüseri tənqid etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv