“Kontakt”dan telefon alıb 100 000 manat qazandılar

“Kontakt”dan telefon alıb 100 000 manat qazandılar






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kontakt” mağazalar şəbəkəsinin “Qoşa seç, 100 000 apar” kampaniyasında ilk final gecəsi ikiqat sevinc yaşandı. Cəmi iki həftə əvvəl start götürən kampaniyada 100 000 AZN-lik böyük mükafat bir gündə – eyni səhnədə iki qalibə qismət oldu.

Paytaxtın izdihamlı məkanlarından biri olan “Gənclik Mall”da yüzlərlə insanın canlı şahidliyi ilə keçirilən finalda hamının gözü səhnədə idi. Səhnədə isə üç finalçı, stenddə iki zər, fonda isə yüz minlik həyəcan var idi.

Günün ilk atışı Hacıqabul sakini Bəybala Babayevlə başladı. Və budur: Bəybala bəyin zərləri fırlanıb öz seçdiyi qoşa rəqəmdə dayandı. Qalib böyük pul mükafatı qazanmaq sevincini isə özünəməxsus yumorla belə ifadə edib:

“Telefonun insanların həyatını dəyişdiyini deyirdilər, beləsi heç olmamışdı. Bir telefon aldım, həyatım dəyişdi”

Alqışlar səngiməmiş ikinci möcüzə baş verdi. Tələbə təqaüdü ilə anasına telefon alan Cavani Qarayev ən böyük arzusunun – anasına ev almaq istəyinin verdiyi inamla zərləri atdı və zərlər onun “sözünə baxdı”.

“Qoşa düşəndə nə baş verdiyini anlaya bilmədim, sadəcə bir anlıq anama olan o vədimin reallığa çevrildiyini təsəvvür etdim. O an həqiqətən, anladım ki, niyyət çox vacibdir” – deyərək C.Qarayev hər kəsi duyğulandırdı.

Xüsusi olaraq vurğulayaq ki, bu il “Qoşa seç, 100 000 apar” kampaniyasının əsas fərqi iştirakçılara verilən seçim azadlığıdır; burada uduşlu qoşanı bəxt deyil, müştərinin özü müəyyən edir. Üstəlik, builki qaydalara əsasən, qazanılan məbləğlər artıq itirilmir və müştəridə qalır.

Şəbəkənin 100 000 AZN-lik mükafatı qazanılan final tədbiri bitsə də, böyük uduşlar marafonu tam sürəti və eyni mükafat məbləği ilə davam edir. Növbəti pul mükafatı elə sizin seçdiyiniz həmin qoşa rəqəmində gizlənmiş ola bilər.

Şərtlər barədə daha ətraflı məlumat üçün bu keçidə daxil ola bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv